ERMƏNİLƏRİN DAHA BİR VƏHŞİLİYİ İFŞA OLUNUR – “Belə çıxır, azərbaycanlıları Ermənistana aparıb orada öldürüblər…”

10.02.2022 - 15:28

“Ermənistan bir il ərzində Azərbaycana Birinci Qarabağ müharibəsindən bəri itkin sayılan 108 nəfərin qalıqlarını verib, bu yaxınlarda daha iki nəfərin qalıqları veriləcək”.

Bu barədə məlumatı fevralın 9-da Baş nazir Nikol Paşinyan parlamentdə keçirilən “hökumət saatı” zamanı iqtidaryönlü deputat Arusyak Culxakyanın sualına cavab olaraq verib.

Paşinyan parlamentin bu iclasında habelə bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri arasında Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş videodanışıqların təfərrüatları barədə məlumat verib. Paşinyanın sözlərinə görə, bu danışıqlarda müzakirə olunan ən mühüm məsələlərdən biri də humanitar problemlərin həlli idi.

Baş nazir vurğulayıb ki, məhz bu danışıqlardan sonra Azərbaycan Ermənistana 8 əsiri qaytarıb. O əlavə edib ki, erməni tərəfi də Azərbaycana heç bir ön şərt qoymadan 108 nəfərin qalıqlarını verib: “Biz bu məsələnin hər hansı alver predmeti olmasını düzgün saymırıq. Çünki humanitar məsələlər alış-veriş mövzusu olmamalıdır. Biz elə minalı sahələrin xəritələrini də heç bir şərt qoymadan vermişik ki, bu, alver predmetinə çevrilməsin. Biz hesab etmirik ki, insan taleləri alver mövzusu olamalıdır”.

 

 

Politoloq Fərhad Məmmədov Paşinyanın açıqlamasını şərh edərkən bildirib ki, qalıqları təhvil verilən 108 azərbaycanlı Birinci Qarabağ müharibəsinin qurbanlarıdır. Ekspert Baş nazirin açıqlaması ilə bağlı xeyli sualların yarandığını qeyd edir: “Birinci Qarabağ müharibəsi Ermənistan ərazisində deyil, Qarabağda olub. Belə çıxır ki, diri və ya ölü azərbaycanlıları Ermənistana aparıb orada basdırıblar?!

Bəlkə, qalıqlar Rusiya sülhməramlılarının Azərbaycanda müvəqqəti qaldığı zonanın ərazisində tapılıb? Sonra erməni tərəfi qalıqların yerlərini bildiklərini və 26 il ərzində onları Azərbaycan tərəfinə vermədiklərini etiraf edir?

Nə üçün qalıqların köçürülməsi prosesi şəffaf şəkildə həyata keçirilmir? Biz onların əsirlərini ictimaiyyətə təqdim edirik, hətta Avropa İttifaqı və Fransanın Ermənistandakı səfirləri də təxribatçıların fonunda bayraqlarla şəkil çəkdirirlər. Axı siz sonradan ermənilərə sübut etməyəcəksiniz ki, qalıqlar arasında qadın və uşaq sümükləri də var!

Əgər 108 nəfərin qalıqları təhvil verilibsə, deməli, bu, cəmi bir kütləvi məzarlıqdır, yoxsa bir neçə yerdə tapılaraq toplanıb? Yaxud qalıqları harada axtarmaq lazım olduqlarını bilirlər və şübhəsiz ki, çoxsaylı başqa yerlər də var”.

F.Məmmədov vurğulayır ki, suallar çoxdur, ona görə də ilk növbədə beynəlxalq ictimaiyyətin diqqətini maksimum bu prosesə cəlb etmək lazımdır: “Azərbaycan Prezidenti artıq mühüm bir iş görüb: humanitar əməkdaşlıq gündəliyinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı bənd daxil edib və artıq bu barədə Moskva, Paris, Vaşinqton danışmağa başlayıb. Azərbaycan yeni təzyiq mexanizmi hazırlayır və Ermənistanın ondan qaçmaq şanıs yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=170336

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728