Daha bir jurnalist ÖLDÜRÜLDÜ

11.02.2022 - 12:16

Meksikada daha bir jurnalist öldürülüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qətlə yetirilən müstəqil jurnalist Heber Lopez səsyazma studiyasında güllələnib. O, NoticiasWeb-in rəhbəri olub.

Prokurorluq orqanları bu cinayətlə bağlı iki nəfərin həbs olunduğunu, istintaqın davam etdiyini bildirib.

Bəzi yerli KİV-lərin məlumatına görə, Lopez hələ 2019-cu ildə ölüm təhdidləri alıb.

Reuters xəbər verir ki, jurnalist müntəzəm olaraq yerli hökumətdəki siyasət və korrupsiya haqqında yazıb.

Onun ölümü Meksikada son həftələrdə jurnalistlərə edilən hücumların sonuncusu idi. Təkcə yanvar ayında üç jurnalist və bir media işçisi, şənbə günü axşam isə keçmiş jurnalist öldürülüb.

ABŞ senatorları Tim Kaine və Marco Rubio Meksika prezidenti Andrés Manuel López Obradoru media tənqidçilərinə qarşı sərt çıxışına görə tənqid edərək, Meksikanı jurnalistləri qorumaq üçün daha çox iş görməyə çağırıblar.

Beynəlxalq təşkilatların məlumatına görə, 2000-2021-ci illər arasında Meksikada təxminən 145 jurnalist öldürülüb və bu, Meksikanı jurnalistlər üçün dünyanın ən ölümcül ölkələrindən birinə çevirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=170377

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728