Məsciddə partlayış: 8 ölü, 20 yaralı var

Əfqanıstanda məsciddə partlayış olub.
Bu barədə xarici mətbuat məlumat yayıb.
Partlayış ölkənin şimal-qərbində yerləşən Badgis vilayətinin Kalayi-Nau şəhərindəki məsciddə baş verib. Hadisə insanların məscidi tərk etdiyi zaman qeydə alınıb.
Partlayış nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=170405