Türkiyədə İranın casus şəbəkəsi İFŞA OLUNDU

12.02.2022 - 09:25

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Təhlükəsizlik Müdirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İran xüsusi xidmət orqanlarının Türkiyədə iranlı müxaliflərin oğurlanması planına yardım edən 14 şübhəli şəxs saxlanılıb.

 

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Məhkəmə saxlanılan şəxslər barəsində (12-si Türkiyə, 2 İran vətəndaşıdır) həbs qətimkan tədbiri seçib. Casus şəbəkəsinin daha üç üzvü axtarışa verilib.

 

Təhlükəsizlik qüvvələrindəki mənbələrdən verilən məlumata görə, “By Saglam” müdafiə şirkətinin sahibi İhsan Sağlam və onun işçisi, İran vətəndaşı Morteza Soltan Sancarinin iranlı müxalifətçiləri qanunsuz yolla Türkiyədən çıxarmağa cəhd etdiyi müəyyən olunub.

 

İ.Sağlam və M.Səncəri İran kəşfiyyatı adından fəaliyyət göstərən şəxslərdən göstərişlər alıblar. Hazırda faktla əlaqədar araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=170411

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728