Ukraynadan TƏKZİB: Hava məkanı açıqdır

14.02.2022 - 08:58

Ukraynanın İnfrastruktur Nazirliyi ölkənin hava məkanının bağlanması ilə bağlı məlumatı təkzib edib.

 

Müvafiq bəyanat idarənin Facebook səhifəsində yerləşdirilib.

 

“Ukrayna üzərində hava məkanı açıq qalır. Dövlət hava daşıyıcıları üçün risk xəbərdarlığı üzərində işləyir. Ukrayna hava məkanının bağlanması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hava məkanının bağlanması Ukraynanın suveren hüququdur, bununla bağlı heç bir qərar qəbul edilməyib”, – nazirlikdən bildiriblər.

 

Məlumatda qeyd edilib ki, əksər aviaşirkətlər məhdudiyyətsiz fəaliyyətlərini davam etdirirlər.

 

Bundan əlavə, nazirlik sığorta bazarı ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib: “Bəzi daşıyıcıların sığorta bazarlarında baş verən dalğalanmalarla bağlı çətinlikləri var. Dövlət də öz növbəsində aviadaşıyıcıları dəstəkləməyə hazırdır və aviasiya bazarının dəstəklənməsi üçün əlavə maliyyə təminatları verməyi planlaşdırır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=170438

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728