İran nüvə sazişi üçün ABŞ-dan zəmanətlər istəyir
Vyanadakı müzakirələr dalana dirənməyib.
APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibazadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, Vyanadakı müzakirələrdə heç bir dalana dirənmə yoxdur, müzakirələr öncə olduğu kimi nümayəndə heyətləri arasında davam etdirilir. “Sazişin əldə olunması ABŞ-ın və Qərb ölkələrinin iradəsindən asılıdır. Bu saziş qarşı tərəfin siyasi qərarlar vermələrini gözləyir. İran əməldə zəmanət istəyir. Hazırda İran və 4+1 ölkələri ABŞ tərəfindən zəmanət verilməsini gözləyirlər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=170458