ABŞ Suriyada İŞİD liderinə aviazərbə endirərkən Rusiyanı məlumatlandırmayıb

14.02.2022 - 13:23

ABŞ Suriyada İŞİD terror təşkilatının liderlərindən birinə aviazərbə endirməsi barədə Rusiyanı əvvəlcədən xəbərdar etməyib. Lakin amerikalılar Rusiya tərəfi ilə münaqişə yaşanmaması üçün bütün prosedurlara riayət edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Oleq Sırmolotov bildirib.

“Onlar zərbə endirəcəkləri barədə məlumat vermədilər, sadəcə əməliyyat keçiriləcəklərini söylədilər və bunun nə ilə bağlı olduğunu demədilər. Bu, münaqişə yaranmaması üçün standart prosedurdur. Hazırda ABŞ tərəfi bunu araşdırmağa başlayıb, çünki orada çox sayda mülki şəxs həlak olub. Nəticə həqiqətən də nəticədir, əgər həqiqətən məhv edilibsə…”, – Rusiya XİN başçısının müavini vurğulayıb.

Qeyd edək ki, fevralın 3-də ABŞ Prezidenti Co Bayden Suriyada İŞİD terror təşkilatının liderinin məhv edildiyini açıqlayıb. İdlib vilayətində keçirilən əməliyyat zamanı İŞİD-in 2019-cu ildən lideri sayılan Əbu İbrahim Əl-Qureyşinin öldürlüdüyü açıqlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=170483

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728