Britaniyanın Baş naziri Rusiyanı Qərblə dialoqa çağırıb

14.02.2022 - 17:18


Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanı Ukraynada hərbi əməliyyatların qarşısını almaq üçün diplomatiya və danışıqlar yolunu seçməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə ölkəsinin aparıcı televiziya kanallarına müsahibəsində bildirib.

“İndi Ukrayna ətrafında vəziyyət çox təhlükəli və mürəkkəbdir. Biz Rusiyanı dialoqa çağırırıq. Bu, ağır nəticələrin qarşısısnı almaq üçündür”, – hökumət başçısı söyləyib.

Qeyd edək ki, son zamanlar Qərb ölkələri Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı bəyanatlar səsləndirirlər. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə bu cür məlumatların boş və əsassız olduğunu deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=170544

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728