Qərbin müharibə oyunu: Oliqarxlar Ukraynadan qaçdılar – ÖZƏL

14.02.2022 - 17:30

Son günlər dünyanın gündəmi Ukrayna və Rusiya arasında davam edən gərginliyə yönəlib. Proseslərin təhlükəli həddə çatdığı bir məqamda bir çox ölkələr öz vətəndaşlarına Ukraynanı tərk etməyi tapşırıb. Artıq 35-dən çox ölkə Ukraynanı təhlükəli ölkə hesab edərək, vətəndaşlarını buradan çıxmağa çağırıb.

 

Qeyd edək ki, bu siyahıya Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya, Litva və başqa ölkələr daxildir.

 

Ukraynada nə baş verir? Qərb ölkələri niyə Kiyevdən çəkilir? 

 

Ukraynalı tanınmış hərbi ekspert Oleq Starikov Modern.az-a özəl açıqlamasında bu və digər suallara aydınlıq gətirib.

 

 

Onun sözlərinə görə, Qərb dövlətləri Ukrayna xalqında müharibə əhval-ruhiyyəsi yaratmağa çalışır. Bir çox ölkələrin Kiyevi tərk etmək çağırışları da məhz bununla əlaqədardır:

 

“Vaşinqton və Londonun təmsil olunduğu Qərb “Putinin hücum edəcəyi” tarixdə daimi dəyişiklik etməklə Ukrayna ətrafında həyəcanlı əhval-ruhiyyə yaratmağa davam edir. Əvvəlcə dedilər ki, müharibə 25 dekabr 2021-ci ildə olacaq. Sonra yanvar danışıqlarından sonra tarix hər gün dəyişir. İndi müharibə fevralın 15-nə keçirilib. Bu məlumatlar Ukrayna vətəndaşlarını həqiqətən qıcıqlandırır. Ən maraqlısı odur ki, demək olar, bütün oliqarxların ailələri ölkəni tərk edib. Ukraynanın xalq deputatları prezident Volodimir Zelenskinin parlament partiyası və Ali Radadan olanlar ölkədən kənara çıxmamağı məsləhət görüblər və bildirilib ki, dövlət xadimləri ölkəni tərk edə bilməzlər”.

 

Oleq Starikov hesab edir ki, Qərb ölkələrinin səfirlikləri də xalq arasında çaşqınlıq yaratmağa çalışır:

 

“Böyük Britaniyanın Kiyevdəki səfirliyindən dövlət bayrağı yığışdırılıb. Köhnə Avropa və Anglo-Amerika təsirinin orbitinə daxil olmayan ölkələr istisna olmaqla, digər səfirliklər də onlardan nümunə götürdülər. Xüsusilə bezdirici odur ki, bəzi ölkələr uçuşlarını ya dayandırıb, ya da müəyyən saatlar ərzində həyata keçirirlər.

 

Rusiya qoşunları sərhəddə toplaşıb, bu potensial təhlükədir, lakin real deyil. Bir sözlə, Qərb mətbuatının və Ağ Ev rəsmilərinin bu xəbərlərindən sonra artıq “müharibə gedir”, amma müharibə virtual məkanda aparılır. Mənim subyektiv hesablamalarıma görə, bütün bunlar ya bu həftə, ya da gələn həftə yekunlaşacaq. Bu alınmasa vəziyyət daha da ağırlaşacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=170550

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930