Saakaşvili ayda bir dəfə ailəsilə görüşəcək

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin ailə üzvləri onu ayda yalnız bir dəfə görə bilər.
Bu barədə məlumatı Saakaşvilinin vəkili Beka Basiliya yayıb.
“Bilirsiniz ki, Saakaşviliyə telefondan istifadə etməyə icazə verilmir. İndi isə məlum olub ki, onun ailə üzvləri gürcü siyasətçini ayda bir dəfədən artıq ziyarət edə bilməzlər. Əvvəllər ailəsini Saakaşvilinin ziyarətinə 3-4 dəfə buraxırdılar”, – deyə vəkil qeyd edib.
Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=170556