Zelenski ailəsinin Kiyevi tərk etməyəcəyini deyib
Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin Kiyevdə qalacağını deyib.
APA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
O, Qərb diplomatlarının və yerli biznesmenlərin Rusiyanın Ukraynaya ehtimal olunan hücumu fonunda belə açıqlama verib.
Xatırladaq ki, bu gün Almaniya kansleri Olaf Şolts Kiyevə səfəri çərivəsində Prezident Vladimir Zelenski ilə görüşüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=170575