Lavrov: “ABŞ-ın təhlükəsizlik zəmanətinə dair cavabı Rusiyanı qane etmir”

14.02.2022 - 23:58

 


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə görüşündə Vaşinqtonun Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabını şərh edib.

S.Lavrov qeyd edib ki, ABŞ-ın cavabı (təhlükəsizlik zəmanətləri üzrə.red) iki hissədən ibarətdir:

“Birinci sualların cavabı mənfidir və əlbəttə ki, bizi qane edə bilməz”.

Lakin rusiyalı diplomat ABŞ-ın Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı digər təkliflərinə cavabını konstruktiv adlandırıb.

“Bu cavabda orta və qısa mənzilli raketlərin problemlərinin həlli ilə bağlı kifayət qədər konkret tədbirlər nəzərdə tutur”, – deyə S.Lavrov vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir.

Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.

Mənbə: RT

Short URL: http://www.cumhuriyyet.net/?p=170618

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728