NATO-nun baş katibi: “Rusiyaya “gərginliyi azalt” deyirik”

16.02.2022 - 23:14

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna böhranından danışıb.

O, bildirib ki, alyansa daxil olan ölkələrin liderləri iyunda Madriddəki toplantıdaittifaqın transatlantik strategiyasını bir daha təsdiq edəcəklər.

“Rusiyanın təhlükəsizliyimizə meydan oxuması Avropada yeni normaya çevrilib. Biz Soyuq Müharibədən bu yana ən böyük hərbi təhlükə ilə qarşı-qarşıyayıq. Rusiya əvvəllər də güc tətbiq etməkdən çəkinməyib. Ona görə də biz Şərqi Avropada daha uzunmüddətli planlar qurmalıyıq. Biz 2014-cü ildən bəri Baltikyanı ölkələrdə NATO-nun hərbi gücünü üç dəfə artırmışıq. Ukraynada hücum sistemlərimizdən istifadə etmək planımız yoxdur. Amma biz NATO-nun əsas dəyərlərini müzakirə obyektinə çevirə bilmərik”, -deyə Stoltenberq bəyan edib.

NATO rəhbəri bildirib ki, Rusiyanın cəbhədəki gərginliyi azaltmaq cəhdlərinə və Moskvanın bəyanatlarına ehtiyatlı nikbinliklə yanaşır.

“Son günlərdə artan kiberhücumlar da narahatlıq doğurur. Ona görə də biz Rusiyaya “gərginliyi azalt” deyirik. Əks halda indiki böhranla bağlı daha uzunmüddətli addımlarımız olacaq”, – deyə NATO-nun baş katibi qeyd edib.


 


 

Short URL: http://www.cumhuriyyet.net/?p=170756

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728