Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək

20.02.2022 - 22:15

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Bunu bazar günü Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Star” qəzetinə müsahibə verən Kalın bildirib ki, Ərdoğanın Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək təklifi, əslində bu böhrandan çıxmaq üçün ən mühüm və konkret təklifdir.

“Prezidentimizin belə bir görüşü təşkil etmək cəhdləri davam edir. Ukraynaya son səfərimiz zamanı o, prezident Vladimir Zelenski ilə bunu müzakirə edib.

O, bu məsələni cənab Putinlə söhbətində də qaldırıb. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu zaman bu məsələ yenidən gündəmə gətiriləcək”, – deyə Türkiyə prezidentinin sözçüsü qeyd edib.

Mənbə: TASS

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=170898

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930