Kremlin qərarına qarşı ABŞ-dan ilk hücum: fərman imzaladı

22.02.2022 - 11:05

ABŞ prezidenti Co Bayden ABŞ-ın ayrı-ayrı şəxsləri və qurumlarının qondarma Donetsk və Luqansk Xalq Respublikaları ilə bütün ticarət və maliyyə əlaqələrini qadağan edən fərman verib.

“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden “Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmağa yönəlmiş fəaliyyətlərinə cavab olaraq müəyyən şəxslərin aktivlərinin dondurulması və bəzi bizneslərin qadağan edilməsi” başlıqlı fərman imzalayıb.

Sözügedən fərmanla Rusiyanın müstəqilliyini tanıdığı qondarma Donesk və Luqansk Xalq Cümhuriyyətlərinə investisiya qoymaq, bu bölgələrdən birbaşa və ya dolayı yolla ABŞ-a idxal və ya ixrac qadağan edilib.

Bundan başqa, fərman çərçivəsində sözügedən bölgələrdə fəaliyyət göstərməkdə qərarlı olanlara qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=170947

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930