Ərdoğan Türkiyə-Ermənistan sərhədinin açılması üçün şərti açıqladı

23.02.2022 - 16:48


“Bölgənin sülh, tərəqqi və rifaha ehtiyacı var. Bu anlayışla ölkəmizlə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini başlatmaq üçün səmimi bir səy göstərdik”.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev də bunu faydalı hesab edir. Ermənistanın da bizimlə münasibətləri normallaşdırmaq istiqamətində nümayiş etdirdiyi iradədən məmnunuq. Bu prosesi idarə etmək üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin etdik və yanvarın 14-də Moskvada ilk görüş keçirildi. Fevralın 24-də də Vyanada görüşəcəklər. Ermənistanın sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması kimi bəzi gözləntilərinin olduğunu da bilirik. Ermənistan hazırda xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qərarlı olsa, bizim üçün də qapıların bağlı qalması deyə bir şeydən söhbət getməz”, – deyə o bildirib.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətləri və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesləri bir-birini dəstəkləyərək irəliləyə bilər.

“Çünki regional əməkdaşlıq fikrimiz də bu ikitərəfli prosesləri dəstəkləyəcək və bu proseslərdən qidalanacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək üçün hər kəs konstruktiv davranmalıdır. Biz bütün prosesləri bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanla sıx koordinasiya şəklində aparmağa davam edəcəyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=171040

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728