Belarus da müharibəyə qoşulur? – Lukaşenko aydınlıq gətirdi

24.02.2022 - 16:57

“Belarus müharibəyə cəlb olunmayacaq”.

Qaynarinfo xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün hərbçilərlə keçirilən operativ iclasda bildirib.

“Bir daha vurğulamaq istəyirəm: bizim insanlarımız əmin olmalıdır ki, biz heç bir yanlış addım atmayacağıq. Heç bir. Birincisi, biz müharibəyə cəlb olunmayacağıq. İkincisi, heç kim bizdən bunu istəmir, orada bizsiz də məsələni həll edəcəklər. Lakin bir daha vurğulayıram: əgər lazımdırsa, biz hər cür dəstək göstərəcəyik”, – deyə Lukaşenko qeyd edib.

O, həmçinin bildirib ki, Belarus və Rusiyanın İttifaq dövləti çərçivəsində öhdəlikləri var: “Biz müttəfiqik. Bizim müvafiq razılaşmamız var və bunda bizi ittiham etmək lazım deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171121

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930