Çin Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

02.03.2022 - 17:15


Çin Rusiya Federasiyasına qarşı birtərəfli sanksiyalara qoşulmaq niyyətində deyil və bütün tərəflərlə normal maliyyə əməkdaşlığını davam etdirəcək.

Bunu Çinin Bank və Sığorta Tənzimləmə Komitəsinin (CBIRC) rəhbəri Quo Şuçin çərşənbə günü mətbuat konfransında deyib.

“Biz bu cür (birtərəfli – red.) sanksiyalara qoşulmayacağıq və müvafiq tərəflərlə normal ticarət, iqtisadi və maliyyə əlaqələrimizi dəstəkləməyə davam edirik”, – deyə Quo Şuçin Çinin Ukraynadakı vəziyyətə görə Rusiyaya maliyyə sanksiyaları tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

O, həmçinin bildirib ki, anti-Rusiya sanksiyalarının Çin iqtisadiyyatına təsiri hazırda o qədər də aydın deyil və gələcəkdə də əhəmiyyətli olmayacaq.

“Sanksiyaların Çinin iqtisadiyyatına və maliyyəsinə təsirinə gəlincə, bu, indi o qədər də açıq görünmür, bunu müşahidə etmək lazımdır, lakin ümumilikdə, gələcəkdə də bunun əhəmiyyət kəsb edəcəyini düşünmürük, çünki bizim iqtisadiyyatımız və maliyyəmiz son dərəcə sabit və güclüdür”, – deyə Quo Şuçinq Rusiya Federasiyasına qarşı sanksiyaların Çin iqtisadiyyatına təsir edib-etməyəcəyi sualına cavab verib.

Mənbə: RİA Novosti

Short URL: http://www.cumhuriyyet.net/?p=171389

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728