Avropada qazın qiyməti 1 700 dollardan aşağı düşüb
Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün 1 700 ABŞ dollarından aşağı düşüb.
“Report” xəbər verir ki, bunu London ICE birjasının məlumatları təsdiq edir.
Niderlandın TTF mərkəzində aprel fyuçerslərinin qiyməti günün sonuna kimi min kubmetr üçün 1 685 ABŞ dolları təşkil edib.
Ümumilikdə bir sutkalıq qazın dəyəri 10,9% azalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=171456