Donuz ürəyi köçürülən şəxs öldü
ABŞ-da geni dəyişdirilmiş donuz ürəyi köçürülən David Bennett adlı xəstə transplantasiyadan 2 ay sonra dünyasını dəyişib.
“Cumhuriyyet.net” “Haberler.com”a istinadən bildirir ki, həkimlər Merilend Universitetinin xəstəxanasında dünyasını dəyişən Bennettin ölüm səbəbinin hələ də aydın olmadığını açıqlayıb.
Məlumata görə, yanvarın 7-də donuz ürəyi köçürülən Devid Bennetin səhhəti son günlər pisləşib. Merilend Universiteti Xəstəxanası Bennetin bu gün öldüyünü açıqlayıb. Xəstəxananın sözçüsü Deborah Kotz qeyd edib ki, ölüm anında konkret səbəb müəyyən edilməyib və tədqiqatçılar Bennettin ölümünü araşdıracaq və araşdırmanın nəticələrini rəydən keçmiş jurnalda dərc edəcəklər.
Ürək transplantasiyası üzrə cərrah Dr. Bartley Griffith verdiyi açıqlamada Bennettin sona qədər mübarizə aparan cəsur bir xəstə olduğunu bildirib və onun ölümündən çox kədərləndiyini qeyd edib.
Donuz ürəyi insan bədənində yaxşı işləyib…
Növlər arası orqan nəqli üzrə mütəxəssis və xəstənin sağalmasında iştirak edən Dr. Muhəmməd Mohiuddin həmçinin verdiyi açıqlamada, immunitet sistemi kifayət qədər sıxışdırıldığında, genetik olaraq dəyişdirilmiş donuz ürəyinin insan orqanizmində yaxşı işlədiyini öyrəndiklərini söylədi. Mohiuddin növlərarası orqan nəqli mövzusunda nikbin olduqlarını və klinik sınaqlarına davam edəcəklərini vurğulayıb.
Yeganə
Short URL: http://www.cumhuriyyet.net/?p=171660