Rusiya Belarusa müasir silahlar verəcək

12.03.2022 - 04:16

Rusiya Belarusu müasir silahlarla təmin edəcək.

“Report”un məlumatına görə, bu barədə razılıq Rusiya Prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasında Moskvada baş tutan görüşdə əldə edilib.

Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib ki, söhbət zamanı liderlər hərbi-sənaye kompleksinin inkişafına və İttifaq dövlətinin müdafiəsinə böyük diqqət yetiriblər.

İlk növbədə Putin və Lukaşenko dünyadakı, regiondakı, o cümlədən Ukraynadakı vəziyyəti və Moskva ilə Kiyev arasında ikitərəfli danışıqları ətraflı müzakirə ediblər. Onun sözlərinə görə, sonuncu mövzu ilə bağlı görüşə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski dəvət olunub.

“Nəticələrə görə, yekdil fikir səslənib. Ukrayna tərəfi istəsə, münaqişə hər an həll oluna bilər”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=171677

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930