Bayden Zelenski ilə telefonla danışdı
ABŞ prezidenti Co Baydenlə Ukrayna prezidenti Vladimir Zelenski arasında martın 11-də telefon danışığı baş tutub. Bu barədə Ağ Evdən məlumat verilib.
“Cumhuriyyet.net” türk mətbuatına istinadən bildirir ki, Bayden telefon danışığında ABŞ-ın Ukraynaya təhlükəsizlik, iqtisadiyyat və humanitar yardım sahələrində dəstəyini artırmağa davam edəcəyini vurğulayıb.
Bayden Zelenskiyə həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiyalar çərçivəsində G7 və Avropa İttifaqı ilə əməkdaşlıq üçün atacağı yeni addımlar barədə məlumat verib.
Yeganə
Short URL: http://www.cumhuriyyet.net/?p=171679