Putinin qızının villasına basqın olub

16.03.2022 - 01:40

Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovaya məxsus olduğu iddia edilən villaya fransız aktivistlər basqın düzənləyib. Villa Fransanın məşhur kurort şəhəri Biarritzdədir və dəniz sahilində yerləşir.

Basqın barədə “Milliyyet.com”da məlumat yer alır. Sayt xəbəri “The İnsider” internet səhifəsindən (Rusiya) əldə edib. Özünü “sürgündəki rus bloqçu” kimi təqdim edən yazar Pyer Haffner (Pyer Lapurdi) aktivistlərin basqın düzənlədiyi lüks villadan fotolar paylaşıb və villanı “Putinin qalası” adlandırıb.

“Alta Mira” adlanan villada aktivistlər Putinin qızı Katerina Tixonovanın sabiq həyat yoldaşı Kiril Şamalova aid pasportun surətini tapıblar və pasportun şəkli də internet səhifəsində paylaşılıb. Aktivistlər villanın eyvanında Ukrayna bayrağı dalğalandırıb və “villa ukraynalı qaçqınlara verilsin!” şüarı səsləndiriblər. Basqın xəbərini alan Fransa polisi aktivistlərin bir neçəsini həbs edib.

Frans-Press (AFP) Agentliyi yazır ki, bloqçu Pyer Haffner də həbs edilənlər arasındadır. Putinə müxalifətdə olan, mühacirətdə yaşayan Vladimir Oseçkin aktivistlərin sərbəst buraxılması çağırışı ilə sosial mediada petisiya təşkil edib. Oseçkin paylaşımında “bu insanlar yanlış bir iş görməyib. Onlar da, biz də rus oliqarxlara məxsus villaların ukraynalı qaçqınların istifadəsinə verilməsini istəyirik. Polisdən də oliqarxları deyil, xalqı qorumasını tələb edirik”.

Putin ailəsinin Biarritzdə ən azı 3 mülkünün olduğuna dair xəbərlər var. Fransanın cənub-qərbindəki sahil zolağında son illərdə Putin ailəsi dostları və yaxın ətrafı ilə birlikdə tez-tez görünür. Onlarla birlikdə rus agentlərin də sahil zolağında dolaşdığı bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171801

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930