İkinci Dünya Müharibəsindən qalma keks tapıldı – FOTO

20.03.2022 - 04:59

Almaniyada İkinci Dünya müharibəsindən bəri demək olar ki, toxunulmaz qalmış keks tapılıb. Lübek şəhərindəki zirzəmidə hücumdan sonra yanmış keks 80 il əvvələ aiddir.

“Cumhuriyyet.net” “Ntv.com”a istinadən xəbər verir ki, fındıq və badamlı keksdən başqa boşqab, bıçaq və qaşıq, Bethovenin “Ay işığı” sonatası və 9 nömrəli simfoniyasını əks etdirən lövhələr də aşkar edilib.

Araşdırmada iştirak edən Lisa Renn və Doris Mührenberq keksin bişirildiyi vaxtdakı kimi olduğunu söyləyiblər. L.Renn qeyd edib:

“Keksin xarici çox yanmış və his ilə qaralmış olsa da, içindəki fındıq və badamlar nəzərə çarpır. Hesab edirik ki, keks 1942-ci ildə 28-29 mart tarixləri arasında baş vermiş hava hücumu zamanı yanıb”.
Elm adamları tortun kimə aid olduğunu bilmədiklərini, ancaq dağılmış evdə Cohan Varme adlı bir Lübek tacirinin yaşadığını bildiriblər.

Yeganə

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171917

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930