NATO bu ölkələrə qoşun göndərdi
NATO rəhbərliyi Alyansın Şərq sərhədlərini gücləndirmək barədə qərar qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Alyansın “Twitter” səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya hücumu ilə əlaqədər təhlükəsizliyik üçün yeni reallıqlar yaranıb:
“NATO buna uyğun olaraq Alyansın Şərq hissəsində müdafiə mövqelərini gücləndirib. Oraya daha çox qoşun, təyyarə və gəmi cəlb olunub. Bu səbəbdən Estoniya, Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Ruminiya və Bolqarıstana əlavə canlı qüvvə və texnika, o cümlədən qırıcı təyyarələr göndərilib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=172017