NATO-da Ukrayna müzakirəsi – Zirvə görüşünün DETALLARI

24.03.2022 - 18:48

Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşü keçirilib.

Modern.az xəbər verir ki, iclasda Rusiya-Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə edilib.

NATO-nun saytında iclasın yekunlarına dair bəyanat yerləşdirilib. Bəyanatda Rusiya-Ukrayna müharibəsinin Avro-Atlantik məkanda onilliklərdir davam edən təhlükəsizliyə təhdid olduğu bildirilib, müttəfiq ölkələrin Ukrayna xalqı və hökuməti ilə həmrəyliyi ifadə edilib.

Qeyd olunub ki, Alyans bunda sonra da Ukraynaya siyasi və praktiki dəstəyini davam etdirəcək.

Diqqətə çatdırılıb ki, müttəfiqlər Ukraynaya kibertəhlükəsizlik və kimyəvi, bioloji, radioloji və nüvə xarakterli təhdidlərdən müdafiə kimi sahələrdə yardım göstərməyə davam edəcəklər. Bəyanatda, həmçinin vurğulanıb ki, müttəfiqlər bundan sonra da humanitar yardım sahəsində Ukraynaya dəstək göstərəcəklər.

Bundan əlavə, iclasda NATO-nun təhlükəsizlik planları ilə bağlı məsələlər də müzakirə olunub.

***

(13:40)

Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşü başlayıb.

Modern.az-ın məlumatına görə, 30-a yaxın ölkənin nümayəndələrinin iştirak etdiyi iclasda əsas müzakirə mövzusu Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlardır.

Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenskinin videoformatda çıxışı planlaşdırılır.

Qeyd edək ki, iclasdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Ukraynadakı vəziyyəti müzakirə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172031

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930