Ərdoğan Putin və Zelenski ilə aparılan danışıqlardan danışıb

24.03.2022 - 22:33


“Münaqişələr nə qədər uzun olsa, müharibə hər iki tərəf üçün o qədər dağıdıcı olur. Türkiyə 2014-cü ildən bu günə kimi birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya və Ukrayna arasındakı müharibənin qısa zamanda dayandırılması üçün hər iki ölkənin lideri ilə əlaqə saxlayırıq. Bundan sonra da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarımızı davam etdirəcəyik. Bütün səylərimiz sülh atmosferi yaratmaq üçün bu iki lideri bir araya gətirməkdən ibarətdir”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra deyib.

“Hər iki liderlə təmaslarımız davam edəcək. Bizim siyasətimiz həmişə sülh siyasəti olub. Danışıqları asanlaşdırmaq üçün bir çox addımlar atmışıq. Bu prosesdə konstruktivliyə diqqət yetiririk. Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritet olmalıdır. Danışıqlarda bəzi irəliləyişlərin əldə olunmasına ehtiyatla yanaşırıq”, – Ərdoğan deyib.

Türkiyə Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olacağına ümid edir.

“Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən Qara dənizdəki gərginliyi azaltmaq üçün istifadə edirik. Biz 63 mindən çox insanın, o cümlədən ukraynalıların münaqişə zonasını tərk etməsinə kömək etdik. Türkiyəyə daxil olan ukraynalıların sayı 60 min nəfərə çatıb”, – Ərdoğan əlavə edib.

Türkiyə lideri deyib ki, NATO Ukraynaya dəstək üçün real addımlar atmalıdır. Onun sözlərinə görə, NATO-nun yenidən birlik mesajı verməsi əlamətdardır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172052

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031