Şoyqu Ermənistanın müdafiə naziri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

24.03.2022 - 23:28

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla telefon danışığı aparıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Nazirlər regiondakı mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağda tapşırıqlarını yerinə yetirdiyi əraziləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, – deyə Müdafiə Nazirliyindən bildirilib.

Günün ikinci yarısında Şoyqu Prezident Vladimir Putinə Ukraynada keçirilən xüsusi əməliyyatın gedişi barədə məruzə edib. Hesabat Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı oxunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=172059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728