Putin Qərb liderlərini Hitlerlə müqayisə etdi

25.03.2022 - 18:41

“Çaykovski, Şostakoviç və Raxmaninovun konsert afişaları çıxarılıb, rus yazıçıları və onların kitablarına qadağa qoyulub”.

Modern.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyaya və bu ölkənin mədəniyyətinə yönələn hücumlarına münasibət bildirərkən deyib.

 

Putin Qərbin davranışlarını Hitler dövründə baş verənlərlə müqayisə edib. O, həmçinin mədəniyyət vasitəsilə Rusiya haqqında həqiqətin dünyaya yayılacağına ümid etdiyini vurğulayıb.

 

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edir. “Qara siyahı”ya salınanlar arasında rusiyalı siyasətçilər, iş adamları ilə yanaşı mədəniyyət xadimləri də var.

Short URL: http://www.cumhuriyyet.net/?p=172080

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930