“Bizi boğmaq istəyirlər” – Lavrov

25.03.2022 - 23:45

Rusiyaya qarşı total müharibə elan edilib. Qərb gizlətmir ki, onun siyasətinin məqsədləri Rusiya iqtisadiyyatını boğmaq və məhv etməkdən ibatətdir.

Musavat.com Bizimyol.info-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aleksandr Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun idarə heyətinin bu gün keçirilən iclasında deyib.

“Bu gün bizə əsl hibrid müharibə, “total müharibə” elan olundu – nasist Almaniyası tərəfindən istifadə edilən bu termin indi bir çox Avropa siyasətçiləri tərəfindən Rusiya Federasiyası ilə nə etmək istədikləri barədə danışarkən istifadə olunur.

Hətta onlar məqsədlərini gizlətmirlər də, açıq şəkildə bəyan edilir ki, Rusiya iqtisadiyyatını və bütövlükdə Rusiyanı dağıtmaq, sındırmaq, məhv etmək, boğmaq istəyirlər”, – deyə diplomatik idarənin rəhbəri bildirib.

Nazir qeyd edib ki, bu “sanksiya qanunsuzluğunda” Qərb həmkarlarının Rusiyaya təbliğ etdiyi bütün dəyərlərin – ifadə azadlığı, bazar iqtisadiyyatı, şəxsi mülkiyyətin toxunulmazlığı, təqsirsizlik prezumpsiyasının dəyərsiz olduğu aşkar olur.

XİN rəhbəri bildirib ki, kollektiv Qərbdən kənar ölkələrin böyük əksəriyyəti dünya səhnəsində “bir məqsədlə oynamaq” istəmir.

“BMT-nin təxribatçı qətnamələrinə verilən səslərin sayı ilə hoqqabazlıq edilən təbliğata baxmayaraq, tarixi və kollektiv Qərbdən kənar dünya ölkələrinin böyük əksəriyyəti birtərəfli oyuna girmək istəmir. Onlar böyük təzyiq altındadırlar”,- deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bu təzyiqlərə baxmayaraq, diqqəti Qərb ölkələrinin BMT-yə təqdim etdikləri “təxribat xarakterli təbliğat mətnləri”nə deyil, ticarət-iqtisadi əlaqələrin real durumuna yönəltmək lazımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172114

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930