ABŞ Ukraynaya yeni silahlar göndərdi

25.03.2022 - 23:59

ABŞ 800 milyon dollarlıq paketin bir hissəsi kimi Ukraynaya hərbi yardımın ilk partiyasını təhvil verib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Pentaqonun yüksək vəzifəli rəsmisi məlumat yayıb.

“Bu gün regiona ilk reys yerinə yetirilib. İlk partiya yola salınıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, martın 16-da ABŞ prezidenti Co Bayden Ukraynaya 800 milyon dollar dəyərində silah tədarük etmək niyyətində olduğunu açıqlayıb. Bundan əvvəl 200 milyon dollarlıq hərbi yardımın göstərilməsi ilə bağlı razılaşma var idi. Paketə 800 hava hücumundan müdafiə sistemi və 9 min tank əleyhinə sistem daxildir. Vaşinqton Kiyevi pilotsuz uçuş aparatları, 7000 atıcı silah və 20 milyon döyüş sursatı ilə təmin etməyə hazırlaşır.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172118

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031