Bayden Putini “qəssab” adlandırdı – VİDEO
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini növbəti dəfə təhqir edib.
Lent.az Rusiya KİB-nə istinadla bildirir ki, Polşa və Ukrayna sərhəddində ukraynalı qaçqın düşərgəsini ziyarət edərkən jurnalistlərdən biri Amerika liderindən son hadisələr fonunda Putin haqqında nə düşündüyünü soruşub.
“O, qəssabdır, mən belə düşünürəm”, – Bayden cavabında belə deyib.
Bu, Baydenin Rusiya prezidenti haqqında ilk dəfə sərt danışması deyil.O, martın 25-də də Vladimir Putini “müharibə cinayətkarı” adlandırıb. ABŞ lideri ilk dəfə olaraq martın 16-da rusiyalı həmkarına münasibətdə bu termindən istifadə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=172191