“Uzun müddət davam edəcək toqquşmaya hazırlaşmalıyıq” – Bayden
“Uzun müddət davam edəcək toqquşmaya hazırlaşmalıyıq” – Bayden
Qərb demokratiya və avtokratiya arasında uzun müddət davam edəcək mübarizəyə hazırlaşmalıdır.
Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.
O qeyd edib ki, Ukrayna hazırda “demokratiya və azadlıq uğrunda mübarizədə ön cəbhədədir”.
“Demokratiya uğrunda mübarizə soyuq müharibənin başa çatması ilə bitmədi. Son 30 ildə bütün dünyada avtoritarizm qüvvələri dirçəldi” – deyə Bayden Polşaya iki günlük səfərindən sonra çıxışı zamanı qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=172199