G7 ölkələri Putinin tələbini rədd etdi
G7 ölkələri Rusiyadan alınan qazın pulunu rublla ödəməyəcək.
Modern.az Bloomberg-ə istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Xabek deyib.
Xabek hesab edir ki, ödəniş valyutasının dəyişdirilməsi mövcud müqavilənin pozulmasıdır və bu səbəbdən şirkətlər yeni şərtlərlə razılaşmamalıdır. O, həmçinin bildirib ki, Avropa istənilən ssenariyə, hətta tədarükün tamamilə dayandırılmasına da hazırdır.
Vitse-kansler bir müddət öncə yerli radio kanallarından birinə müsahibəsində “Almaniya Rusiya qazından tamamilə imtina edə bilərmi” sualına “bəli, bu mümkündür”, – deyə cavab vermişdi.
Qeyd edək ki, Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edir. Prezident Vladimir Putin bununla bağlı göstəriş verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=172275