Çavuşoğlu: “Növbəti görüş prezidentlərindir”

29.03.2022 - 16:42

“Bu gün Türkiyədə keçirilən görüşdə bəzi mövzular üzrə ortaq razılaşmalar əldə edildi. Türkiyə buna dəstək verir”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bundan sonrakı mərhələdə hər iki ölkənin XİN rəhbərləri bir araya gəlməli, razılaşmanın mətni hazır vəziyyətə gətirilməlidir. Növbəti mərhələ prezidentlərin görüşüdür. Türkiyə hər iki liderin görüşünə ev sahibliyi edə bilər”, – deyə nazir Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşə münasibət bildirib.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=172304

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728