İran Rusiyaya qarşı sanksiyalara QARŞIDIR

30.03.2022 - 17:21

İran Rusiyaya qarşı birtərəfli sanksiyaların tətbiqinə qarşıdır.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian bu gün Çində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

Nazir Rusiya-İran münasibətlərinin tədricən inkişaf etdiyini qeyd edib və Prezident İbrahim Rəisinin salamlarını Rusiya lideri Vladimir Putinə çatdırıb.

“Sizinlə görüşmək fürsəti əldə etdiyim üçün çox şadam. İlk növbədə, İran Prezidenti İbrahim Rəisinin Rusiya Prezidenti Vladimir Putinə səmimi salamlarını çatdırmağınızı xahiş edirəm. Rusiya və İranın ikitərəfli münasibətləri düzgün istiqamətdədir və inkişaf etməkdədir”, – XİN başçısı sözlərinə əlavə edib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla qonşu dövlətlərin nazirlər konfransında iştirak etmək üçün Çinə səfərə gedib.

Short URL: http://www.cumhuriyyet.net/?p=172382

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930