“Kəşfiyyat məlumatlarında səhv: Rusiyanın gücü əslində…” – SENSASİON AÇIQLAMA

30.03.2022 - 21:00

ABŞ kəşfiyyatının Rusiya ilə bağlı məlumatların toplanmasında səhv, boşluq ola bilər. Bu səbəbdən Rusiya Ukraynaya hücum etməzdən əvvəl ABŞ Ukraynanın müdafiə qabiliyyətini lazımi səviyyədə qiymətləndirməyib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, ötən ay Rusiya Ukraynaya müdaxiləyə başlayanda ABŞ kəşfiyyatı hesab edirdi ki, Kiyev bir neçə gün ərzində Rusiyanın əlinə keçə bilər.

Amma Rusiya hərbçiləri sabitlik və logistika problemləri, habelə Ukrayna hərbçilərinin gözlənilmədən şiddətli müqaviməti səbəbindən paytaxtda ilişib qalıb.

ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin dinləmələrində çıxış edən ABŞ-ın Avropa komandanlığının Baş Qərargah rəisi general Tod Uolters deyib ki, ABŞ-ı Rusiyanın gücünü həddən artıq qiymətləndirməyə və Ukraynanın müdafiə imkanlarını lazımınca qiymətləndirməyə vadar edən kəşfiyyat boşluğu ola bilər.

“Keçmişdə həmişə etdiyimiz kimi, bu müharibə başa çatdıqdan sonra biz bütün sahələrdə və bütün şöbələrdə fəaliyyətləri hərtərəfli nəzərdən keçirəcəyik və zəif tərəflərimizin harada olduğunu öyrənəcəyik və onları aradan qaldırmaq üçün yollar tapa biləcəyimizə əmin olacağıq”,- General bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172453

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930