Rusiya Kiyevdən ordusunu buna görə çəkib – ŞOK PLANIN DETALLARI

30.03.2022 - 21:02

“Rusiya Kiyev və Çerniqovu tutmaq və ya mühasirəyə almaq cəhdindən əl çəkməyib”.

Musavat.com Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik məlumat verib.

“Mən bu məlumatı qismən təsdiqləyə bilərəm. Həqiqətən də, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəzi bölmələrin Kiyev istiqamətindən, eləcə də Çerniqov istiqamətindən müəyyən qədər yerdəyişməsini görür. Ancaq bu o demək deyil, onlar işğal planından əl çəkib”, – o deyib.

Motuzyanik əlavə edib ki, bu ərazilərdən rus qoşunlarının kütləvi şəkildə çıxarılması yoxdur. “Ona görə də bu barədə danışmaq hələ tezdir. Görünür, düşmən ən çox itki verən bölmələri geri çəkir ki, onları doldursun. Kəşfiyyat məlumatına görə, düşmən onları tutmaq və ya heç olmasa mühasirəyə almaq cəhdindən əl çəkməyib. Söhbət xüsusilə paytaxt və Çerniqovdan gedir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172455

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031