cumhuriyyet.net
İtaliya lideri Ukraynaya görə Putinə zəng vurdu • Cumhuriyyət
İtaliyanın Baş naziri Mario Draqi Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər Ukraynadakı son vəziyyəti və Rusiya qazının rublla satılması məsələlərini müzakirə edib. “La Repubblica” qəzeti bildirir ki, söhbət günorta saatlarında baş tutub və təxminən bir saat davam edib. Draqi gərginliyin azaldılması üçün səylərin vacibliyini vurğulayıb.
nesimi