Amerikalıların yarısı Cozef Baydenin xarici siyasətini dəstəkləmir

31.03.2022 - 20:46

Amerikalıların yalnız 48 faizi prezident Cozef Baydenin beynəlxalq siyasətini dəstəkləyir.

AZƏRTAC xarici KİV-nə istinadla xəbər verir ki, bu barədə məlumat Vaşinqtonda yerləşən “Pew Research Center” tədqiqat mərkəzinin apardığı sosioloji rəy sorğusunun nəticələrində yer alıb.

Ağ Evin sahibi respondentlərin yalnız yarısının etimadını qazanaraq bu siyahıya daxil olan Qərb liderləri arasında sonuncu yeri tutub. Rəyi soruşulan vətəndaşların yalnız 48 faizi ABŞ prezidentinə etimad göstərdiyini deyib. Amerikalıların kiçik bir hissəsi – 17 faizi Cozef Baydenin beynəlxalq problemlərin həllinə yanaşmasına “əhəmiyyətli dərəcədə” etimad etdiyini bildirdiyi halda, 31 faizi bu qiymətləndirmə ilə qismən razılaşıb.

Sorğunun nəticələrinə görə, Ukrayna prezidenti Volodimir Zelenski 72 faiz səslə bütün qərb liderlərini və eləcə də ÇXR sədrini böyük fərqlə qabaqlayır. Rəyi soruşulanların yalnız 15 faizi Si Cinpinin lehinə fikir bildirdiyi halda, amerikalıların 83 faizi ona etimad etmədiyini deyib.

Fransa prezidenti Emmanuel Makron 55 faiz səslə ABŞ vətəndaşları arasında ən populyar ikinci lider olub. Almaniyanın yeni kansleri Olaf Şolts 53 faiz səslə reytinqin üçüncü pilləsində qərarlaşıb. 2021-ci ildə keçirilən analoji sorğunun nəticələrinə görə, amerikalıların Olaf Şoltsa etimadı sələfi Angela Merkeldən daha azdır.

Sosioloji rəy sorğusu martın 21-dən 27-nə qədər 3581 amerikalı arasında keçirilib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172566

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031