Ermənistanda nazir HƏBS EDİLDİ

31.03.2022 - 22:22

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan həbs edilib.

Modern.az xəbər verir ki, İrəvan məhkəməsi bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, nazir iki ay müddətinə həbs olunub.

İlkin araşdırma zamanı məlum olub ki, Piloyan köməkçisinin yardımı ilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb.

Bundan əlavə, bir neçə gün öncə Ermənistan Fövqəladə Hallar Nazirliyində vəzifə təyinatı zamanı korrupsiya sövdələşmələrində iştirak edən məmurlar saxlanılmışdı.

“Fövqəladə Hallar Nazirliyinin məmurları müxtəlif şəxslərin vəzifələrə təyin edilməsi prosesində korrupsiya sövdələşmələrinə əl atıblar. Zəncir fövqəladə hallar naziri Andranik Piloyana qədər gedib çıxır. Hazırda nazirliyin həbs edilən və saxlanılan əməkdaşları var. İşdə olan şəxslər ifadələrində nazir Piloyanın adını çəkiblər”, – deyə “Joxovurd” qəzeti yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172577

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930