“Dnepr çayının şərqində yeni dövlət yaradacaq” – Putinin yeni planı açıqlandı

01.04.2022 - 13:21

İsveçin keçmiş baş naziri Karl Bildt xəbərdarlıq edir ki, Rusiya Ukraynada planlarını reallaşdırmaq üçün müvəqqəti “dövlət” yaradacaq. Həmin “dövlət” Ukraynanın işğal edilən ərazilərində təşkil olunacaq.

Gündem.az-ın məlumatına görə, bu barədə “Today” nəşri yazıb.

Karl Bildt hesab edir ki, Rusiya bütövlükdə ölkəni işğal edə bilməsə, Ukrayna ərazisinin bir hissəsini işğal etməklə kifayətlənəcək:

“2014-cü ilə qayıdırıq. “Novorossiya” ideyası reallaşdırılacaq. Rusiya həmin dövrdə Odessanı, Xarkovu tutmaq istəyirdi. Amma bacardıqlarını işğal edə bildilər. Əgər bu dəfə Dneprdən şərqdə olan hissəni ala bilsələr, onda Odessanı da ələ keçirəcəklər və Şimali Koreya kimi bir şey təşkil edəcəklər. Buna heç bir şübhə yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=172604

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728