Ərdoğanla Putin arasındakı görüşün DETALLARI məlum oldu – Bu məsələdə razılığa gəliblər

01.04.2022 - 19:15

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Putin martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçirilməsində göstərdiyi köməyə görə türkiyəli həmkarına minnətdarlığını bildirib.

Liderlər Ukrayna ilə bağlı danışıqlar prosesinə prinsipial qiymət veriblər.

Humanitar məsələləri müzakirə edərkən Ərdoğan Türkiyə vətəndaşlarının və ticarət gəmilərinin Ukraynadakı döyüş bölgəsindən çıxarılmasında köməyə görə təşəkkür edib.

İkitərəfli əməkdaşlığın inkişafı mövzusuna da toxunulub.

Liderlər gələcək təmaslar haqqında razılığa gəliblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172635

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930