Ukraynada öldürülən uşaqların sayı ARTIB
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan indiyədək 158 uşaq həlak olub, 254 uşaq isə yaralanıb.
Bu barədə Ukrayna Baş Prokurorluğunun bəyanatında bildirilib.
Rəsmi məlumata görə, ən çox Kiyev, Donetsk, Xarkov, Çerniqov və Nikolayev regionlarında yaşayan uşaqlar müharibənin qurbanına çevriliblər.
Həmçinin bildirilib ki, atəşlər nəticəsində Ukraynada ümumilikdə 869 təhsil müəssisəsi zədələnib, onlardan 83-ü tamamilə yararsız hala düşüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=172695