Medvedyevdən İRONİYALI SÖZLƏR: “Ukrayna Türkiyədən dərhal sonra…”

02.04.2022 - 17:11

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı mövqeyini açıqlayıb.

Cumhuriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya rəsmisi Kiyevin istəyinə ironiyalı yanaşıb.

“Bununla bağlı yaxın keçmişə aid tarixi bir söhbət var. Bunlar Viktor Çernomırdinə (Rusiyanın keçmiş baş naziri – red.) aid sözlərdir. Ukraynada səfir olduğu dövrdə ondan soruşurlar ki, Ukrayna nə vaxt Avropa Birliyinə daxil olacaq? Cavab verir ki, Türkiyədən dərhal sonra. Yenə soruşublar ki, bəs Türkiyə nə vaxt üzv olacaq? Qayıdır ki, Türkiyə? Heç vaxt”, – Medvedeyev deyib.

Türkiyə 1987-ci ildə rəsmi qaydada Avropa Birliyinə üzvlük üçün müraciət edib. 1999-cu ildə AB üzvləri tərəfindən namizəd kimi qəbul edilən Türkiyə 2005-ci ildə tam üzvlük danışıqlarına başlayıb. Rəsmi Ankara bunun üçün bütün öhdəliklərini yerinə yetirdiyini bildirsə də, Brüsselin müxtəlif bəhanələrlə bu prosesi uzatdığı deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172724

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930