ABŞ Ukraynaya tankların verilməsini asanlaşdırır
ABŞ Ukrayna Silahlı Qüvvələrinin imkanlarını gücləndirmək üçün sovet istehsalı olan tankların bu ölkəyə verilməsini asanlaşdıracaq.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times“ nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Birləşmiş Ştatlar münaqişədən sonra ilk dəfə olaraq Ukraynaya sovet tanklarının təhvil verilməsi prosesində vasitəçi kimi çıxış edəcək. Prosess yaxın vaxtlarda başlaya bilər.
Nəşr Ukrayna hərbçilərinə veriləcək texnikanın miqdarını açıqlamır. Həmçinin Kiyevə tankların verilməsində hansı ölkələrin iştirak edə biləcəyi məlum deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=172765