Putinin Ukrayna ilə bağlı 9 May PLANI
Prezident Vladimir Putin bütün diqqətini mayın 9-dək Ukraynanın şərqində qələbə qazanmağa yönəldir.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.
Kəşfiyyatın son qiymətləndirmələri ilə tanış olan ABŞ rəsmiləri deyirlər ki, Rusiya Ukraynadakı müharibə strategiyasını dəyişib və mayın əvvəlində Donbas və Ukraynanın şərqinin digər hissələrinə nəzarəti bərqərar etməyə yönəlib.
Məlumata görə, müharibə başlayandan bəri Rusiya quru qoşunları döyüşdüyü ərazilərə nəzarət edə bilməyib.
“Rusiya Prezidenti Vladimir Putin qələbə nümayiş etdirə biləcəyini göstərmək üçün təzyiq altındadır və onun ən çox nail olacağı yer Şərqi Ukraynadır. ABŞ kəşfiyyatının məlumatına görə, Putin diqqəti 9 May “Qələbə Günü”nə yönəldir”, – deyə ABŞ rəsmiləri bildiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=172767