Bayden bu şəxsi “dünyanın ən təhlükəli insanı” hesab edir
ABŞ prezidenti Co Bayden media maqnatı və “Foks Corp”un qurucusu Rupert Merdoku “dünyanın ən təhlükəli adamı” adlandırıb.
Modern.az xəbər verir ki, bu barədə “Nyu York Tayms”ın jurnalistləri Conatan Martin və Aleksandr Bernsin “Bu keçməyəcək: Tramp, Bayden və Amerikanın gələcəyi üçün döyüş” adlı kitabında deyilir.
Müəlliflərin yazdığı kimi, Bayden “Foks Nyus”u ABŞ-ın ən dağıdıcı qüvvələrindən biri kimi qeyd edib.
Kitaba görə, 2021-ci ilin ortalarında Bayden adı açıqlanmayan əməkdaşına Merdokun “dünyanın ən təhlükəli insanı” olduğunu deyib.
Kitabda “Foks Nyus” “peyvənd skeptisizmini alovlandıran və 6 yanvar hücumu (yanvar 2021-ci il Kapitoli iğtişaşları – red.) ilə bağlı vəhşi sui-qəsd nəzəriyyələrini yayan anti-Bayden proqramlaşdırma seli” kimi təsvir edilir.
Lakin Bayden heç vaxt Rupert Merdok haqqında açıq danışmayıb.
“Beləliklə, göstərilən epizod səs-küy yarada bilər”, – CNN qeyd edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=172787