“Putin cinayətkardır” – Baydendən SƏRT SÖZLƏR
ABŞ Prezidenti Co Bayden Ukraynanın Buça şəhərində baş vermiş qətllərdən sonra Rusiya Prezidenti Vladimir Putini növbəti dəfə “hərbi cinayətkar” adlandırıb.
Modern.az xəbər verir ki, bu barədə Bayden Delaver ştatından paytaxt Vaşinqtona qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Putini hərbi cinayətkar adlandırdığım üçün məni tənqid edirdilər. Əslində, Buçada baş verənləri gördünüz. Bu, mənə haqq qazandırır. O, hərbi cinayətkardır”, – Bayden deyib.
ABŞ Prezidenti hadisə ilə bağlı məlumat və sənədlərin toplanılmasının lazım olduğunu bildirib.
“Ukraynaya müharibəni davam etdirmək üçün lazım olan silahları verməyə davam etməli, eyni zamanda (Vladimir Putinin-red) mühakimə olunması üçün bütün detalları toplamaq lazımdır. Bu adam qəddardır”, – deyə Bayden vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=172850