Qərb Ermənistanın Ukraynanın bombalanmasında iştirakına niyə susur – müəmma və qərəz…

06.04.2022 - 00:10

Ermənistan Ukraynanın bombalanmasında istifadə edilməsi üçün 4 ədəd SU-30 SM qırıcılarını Rusiyaya verməsini gizlətməyə çalışsa da buna nail ola bilmədi. Türkiyənin “Haber Global” Media Qrupunun təsbit etdiyi bu faktı Ermənistanın baş naziri Nikol Paşinyan təkzib etməyə cəhd göstərsə də, ortaya çıxarılan konkret faktlar onun yalan danışdığını bir daha isbat etdi.

“Haber Global” peyk görüntüləri və digər faktlarla sübut etdi ki, Ermənistandan havaya qalxan 4 ədəd SU-30 döyüş təyyarəsi Ukraynada istifadə olunmaq üçün pilotlarla birlikdə Rusiyaya yollanıb. Telekanal qırıcıların uçuş traektoriyasını da təqdim edib.
Paşinyan unutmuşdu ki, müasir dövrdə texnoloji alətlələ istənilən təyyarənin hərəkət qrafikini izləmək mümkündür.

Türk kanalının yaydığı materialda qeyd olunub ki, Ermənistandan qırıcılar Rusiyaya 23 martda göndərilib: Uçaqlar İrəvandakı Erebuni hava limanından səmaya qalxıb. Konkret qrafik isə belə təsvir olunur: Erməni pilotların istifadə etdiyi 4 ədəd SU 30 saat 12:50-də havaya qalxıb, Martunidən keçib, 13:14-də Rusiyaya yetişiblər.
Digər bir fakt: 18 martda çəkilən görüntülərdə Ermənistandakı hava limanında 4 ədəd SU 30 tipli döyüş təyyarəsi yer alır.

Ancaq 25 martda qeydə alınan görüntülərdə həmin qırıcılar yoxdur! Çünki təqdim edilən hərəkət qrafiki üzrə Rusiyaya göndərilib, Ukraynanın bombalanmasında istifadə məqsədilə.

Erməni “ağılına” heyran olmamaq mümkün deyil: 25 martda Ermənistandakı həmin hava alanında isə SU 30-ların əvəzində MİQ 29-lar dayandığı aydın görünüb. Guya heç kim SU ilə MİQ-i ayıra bilmir…

Bu biabırçılıq da ifşa olunandan sonra Ermənistan Qərbin sanksiyalarına məruz qalacağından qorxaraq, digər hiyləyə əl atıb.
Əl-ayağa düşərək, Ermənistandakı aerodromdan “yoxa çıxan” təyyarələrin yerini doldurmaq üçün Suriyadan ora 4 ədəd SU 30 tipli döyüş təyyarəsi gətirilib. Bunun da hərəkət qrafiki de-şifrə olundu!

Beləcə, Ermənistan hakimiyyəti tamamilə biabır oldu və ikibaşlı oyun oynayaraq, həm Qərbi, həm də Rusiyanı aldatmağa çalışdığı bəlli oldu.
Bundan əvvəl isə Ukraynaya qarşı döyüşmək üçün azı 200 Emənistan vətəndaşının fevral ayında Rusiyanın İrəvandakı səfirliyinə müraciət etməsi bilinmişdi.
Paşinyanın və bütövlükdə Ermənistanın qeyri-ciddi imici kimsəyə sirr deyil. Nikol heç zaman müstəqil qərar vermək imkanında olmayıb. Eləcə də rəsmi İrəvan.
Təəccüblü, qəribə, müəmmalı olan isə odur ki, Qərb və Avropa Ermənistanın Ukraynanın bombalanmasında iştirakına susqunluq nümayiş etdirir! Heyrət doğurur və çox şübhəli görünür.

Məsələ ondadır ki, Paşinyan özünü Qərb, Avropa meylli kadr kimi təqdim edir. Onun Ermənistanda hakimiyyətə gətirlməsində Qərbin və Avropanın rolu haqda da kifayət qədər yazılıb, danışılıb, faktlar sadalanıb.
Digər tərəfdən isə Qərb, Avropa Ukraynanın açıq tərəfdaşıdır, dəstəkçisidir, müttəfiqidir. Ukraynaya hücum edən Rusiya ilə yanaşı, RF-na bu prosesdə dəstək verən ölkələrə qarşı da ağır sanksiyalar tətbiq edirlər.
Ancaq maraqlı, müəmmalı və acınacaqlı haldır ki, Ermənistanın Ukrayanaya qarşı döyüşlərdə iştirakı təsbit edildiyi halda, Qərb və Avropa ona münasibətdə susqunluq nümayiş etdirir. Niyə? Səbəb nədir? Bu ikili yanaşmanın izahı varmı? Başqa hansı dövlətə belə güzəşt edilib? Edilərmi?
Qərbin və Avropanın Ukraynanın bombalanmasında iştirakçı olan Ermənistana loyal münasibəti istənilən halda ikili standartların göstəricisidir. Məgər Ermənistan imtiyazlıdırmı?

Bütün hallarda belə bir düşüncə formalaşır ki, Qərbin, Avropanın Ermənistanın bu cür qeyri-adekvat davranışına reaksiya verməməsi məhz Azərbaycana olan qərəzdən irəli gəlir: Qərb, Avropa dairələri İkinci Qarabağ Savaşından sonra Azərbaycanın regionda yaratmış olduğu reallıqlarda sanki Ermənistanı himayə etməyə, qorumağa, onun bağışlanmaz səhvlərinin də üzərindən keçməyə çalışırlar; yalnız o məqsədlə ki, regional proseslərdə Azərbaycanın daha da güclü mövqe qazanmasına, Ermənistanın anormal siyasətinə rəğmən daha rəzil duruma düşməsinə imkan, təkan verməsinlər. Hansı ki, Azərbaycan bu prosesdə tam haqlı, diqtə edən tərəfdir. Güman ki, elə bu qərəzli səbəbdən, ikili standartların davam etməsi üzündən terror dövlətinin növbəti bəşəri cinayətinə (Ermənistandan göndərilən qırıcıların Ukraynada faciələrin törədilməsində iştirakı şəksizdir) də göz yumurlar.
Qərb, Avropa bu cür müəmmalı susqunluğunu, ikili standartlarını davam etdirdikcə, dünyada faciələr də dayanmayacaq…

Bir maraqlı məqam da ondan ibarətdir ki, görəsən Avropa və Qərb ən azı Paşinyandan bu hərəkətinə görə hesabat, izahat istəyəcəkmi? Məntiqlə istənilməlidir. Hər halda, 6 apreldə Brüsseldə Avropa yetkililərinin Nikoldan buna dair cavab istəmələri doğru olardı…

Mənbə: Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172950

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031